- Türkiyə
- 19:38
- 947
Hakan Fidan Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib
Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
Aznews.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbənin TASS-a verdiyi məlumata görə, Fidan Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib.
Mənbənin bildirdiyinə görə, hər iki ölkənin Suriyanın siyasi birliyinə dəstəyi vurğulanıb və ölkədə siyasi keçid prosesinin əhatəli olmasının vacibliyi qeyd edilib.