- Türkiyə
- 3 Fevral 11:48
- 2 310
Türkiyə kəşfiyyatı Suriyada PKK-nın məsul şəxslərindən birini öldürüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada terrorçulara qarşı əməliyyat tədbirlərini davam etdirir.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, PKK/YPG terror təşkilatının Ayn Əl Ərəb (Kobani) şəhərindəki liderlərindən sayılan informasiya məsələləri üzrə məsul şəxsi Mahmud Ağca öldürülüb.
Onun 2015-ci ildən Türkiyədə bir sıra terror aktları təşkil etdiyi bildirilir.
AzNews.az