- Türkiyə
- 17:46
- 635
Lirə dollar qarşısında duruş gətirmir
Türk lirəsi dollar qarşısında ən aşağı həddə enərək 0,83% azalaraq 35,9967-ə düşüb.
Bu barədə Türkiyənin " Diken" qəzeti ticarət məlumatlarına istinadən məlumat yayıb.
“Saat 15:10-a olan vəziyyətə görə, cari qiymətlər belədir: dollar – 35,9967 lirə, avro – 36,9386 lirə, qızılın qramı – 3 242 708 lirə”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, valyuta 2024-cü ilin iyun ayından etibarən dollara nisbətdə davamlı olaraq ucuzlaşır.
Mövsüm
Aznews.az