- Türkiyə
- 14:09
- 896
Hakan Fidan ABŞ-nin Ukrayna ilə bağlı təşəbbüslərini gözlədiyini bildirib
Türkiyə yaxın gələcəkdə Ukraynadakı münaqişənin həlli üçün ABŞ-nin konkret təşəbbüslərinin ortaya çıxacağını gözləyir, lakin qərar qəbul etmək üçün bütün tərəflərin ciddi konsensusa gəlməsi lazımdır.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
O qeyd edib ki, hazırda ABŞ prezidenti Donald Trampın administrasiyası müvafiq qərarlar qəbul etmək üçün bu məsələ ilə bağlı fəal şəkildə məlumat toplayır.
“Beynəlxalq ictimaiyyətin Trampa inamını itirməməsi və problemin özünün daha da böyük çıxılmaz vəziyyətə düşməsinin qarşısını almaq üçün etibarlı məlumatlara ehtiyacımız var. Biz [ABŞ] təşəbbüsünün yaxın gələcəkdə gələcəyini gözləyə bilərik”, - deyə nazir Anadolu Agentliyinə müsahibəsində bildirib.
Mövsüm
Aznews.az