- Türkiyə
- 5 Fevral 21:00
- 791
Türkiyədə avtobus aşıb, bir nəfər ölüb, 32 nəfər yaralanıb
Türkiyədə ağır yol qəzası baş verib.
“Report” yerli KİV-lərə istinadən xəbər verir ki, Antalyadan Adıyamana getmək üçün yola çıxan avtobus dərəyə aşıb.
Hadisə nəticəsində sürücü və iki işçi, həmçinin 30 sərnişin yaralanıb.
Xəstəxanalara yerləşdirilən 33 nəfərdən (8-i uşaq) birinin həyatını xilas etmək mümkün olmayıb.