- Türkiyə
- 5 Fevral 21:25
- 2 298
Ərdoğan almaniyalı həmkarı ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə səfər edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.
Ərdoğan qonağı Prezident Sarayında rəsmi mərasimlə qarşılayıb.
Mətbuata qapalı keçirilən ikitərəfli görüş və nümayəndə heyətləri arasında işçi nahardan sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər.