- Türkiyə
- 5 Fevral 23:49
- 907
Bahçelinin səhhəti yaxşıdır
![](https://www.aznews.az/storage/2025/02/05/bahceli.jpg)
Bu həftə qrup toplantısı keçirməyən MHP sədri Dövlət Baxçalının qripə yoluxduğu və xəstəxanaya yerləşdirildiyi iddia edilib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, müvafiq iddialardan sonra MHP sədrinin müavini Semih Yalçın açıqlama verib.
MHP qrup toplantısının Bahçelinin davam edən öskürək problemi səbəbilə ləğv edildiyini bildirən Yalçın, "Sözügedən xəstəliyin qalıcı müalicəsi üçün çoxşaxəli tibbi müayinələr və qiymətləndirmələr davam edir. Hörmətli sədrimizin səhhəti yaxşıdır" deyib.
AzNews.az