Malaziya Baş nazirindən Ərdoğan paylaşımı: "Qəlbimin tək sahibi..."

Malayziyanın baş naziri Ənvər İbrahim rəsmi təmaslar üçün onun ölkəsinə səfərə gələn Türkiyə prezidenti Ərdoğan üçün diqqətçəkən paylaşım edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın Asiya ölkələrinə səfərinin ilk dayanacağı Malayziya olub. Burada rəsmi mərasimlə qarşılanan Ərdoğan başda siyasi və iqtisadi məsələlər olmaqla bir çox mühüm mövzular barədə danışıqlar aparıb.

İbrahim ölkəsinə səfər edən prezident Rəcəb Tayyib Ərdoğana sosial media hesabında təşəkkür mesajı paylaşıb.

Ənvər paylaşımını türkcə "Sağ olun, görüşərik" diləyi bitirib.

Malayziyanın baş naziri sosial media hesabındakı paylaşımına Türkiyə sənətçisi İrem Dericinin "Kalbimin Tek Sahibine" mahnısını və prezident Ərdoğanla eyni kadrda çəkilmiş görüntülərini əlavə edib.

Bu paylaşım bir andaca sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.

AzNews.az