- Türkiyə
- 18 Fevral 19:48
- 2 297
Ərdoğan Türkiyəni Ukrayna üzrə danışıqlar üçün ideal yer adlandırıb.

Türkiyə, Ukrayna münaqişəsinin həlli üçün danışıqlar aparmaq üçün ideal ölkə ola bilər.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
“Ölkəmiz gələcəkdə Rusiya, Ukrayna və Amerika arasında baş tuta biləcək danışıqlar üçün ideal məkan olacaq”, – deyə o, Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib.
Ərdoğan bu fikrini son 13 ildə Türkiyənin fəal diplomatiya aparması və bütün tərəflərlə əlaqə saxlaması ilə əsaslandırıb.
Rəfiqə
Aznews.az