Ərdoğan NATO-nun baş katibi Rutte ilə telefon danışığı aparıb

Prezident Ərdoğan NATO-nun baş katibi Rutte ilə telefonla danışıb. Görüşdə regional və qlobal məsələlər müzakirə olunub.

Türkiyə Rabitə Müdirliyindən verilən məlumata görə, görüş zamanı regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Türkiyənin Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması üçün əlindən gələni etdiyini, bundan sonra da üzərinə düşəni etməyə davam edəcəyini, müharibə edən tərəflər də daxil olmaqla, bir çox beynəlxalq təşkilatların liderləri və təmsilçiləri ilə əlaqə saxladığını, ədalətli və davamlı sülhün mümkün olduğunu bildirib.

Ərdoğan Türkiyənin öz bölgəsində və dünyada müharibələrə son qoymaq üçün səy göstərdiyini və beynəlxalq ictimaiyyətin Türkiyənin müharibələri dayandırmaq və sülhün qurulması səylərinə töhfə verməsinin vacib olduğunu bildirib.

Mövsüm

Aznews.az