Türkiyənin Baş Ombudsmanı: Ermənistanın Qarabağda törətdiyi vəhşilikləri beynəlxalq aləmdə sübut edəcəyik

Qarabağda Ermənistanın insanlıqdan kənar törətdiyi vəhşiliklərin beynəlxalq ictimaiyyətə yayılması və sübutu üçün azərbaycanlı həmkarımla birlikdə əməkdaşlığımızı möhkəmləndirəcəyik.

Aznews.az xəbər verir ki bu fikirləri açıqlamasında Türkiyənin yeni Baş Ombudsmanı Mehmet Akarça Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı soyqırımına həsr edilən anım mərasimindəki çıxışından sonra bildirib.

Baş Ombudsman deyib ki, Azərbaycanla Türkiyə arasında insan hüquqları üzrə müvəkkillik sahəsində əməkdaşlığın genişləndirilməsi vacib məsələdir:

“Ermənistanın Azərbaycan xalqına yaşatdığı haqsızlıqlar, insan hüquqlarının pozulmasına beynəlxalq aləmdə hələ də qiymət verilməməsi Azərbaycan və türk millətinə dərindən təsir edir. Təəsüf ki, bu məsələyə də ikili standartın tətbiq olunduğuna şahidik. Birgə əməkdaşlığımız zamanı bu haqsızlığa son qoyulmasına nail olacağımıza inanıram. Türkiyə Ombudsmanı olaraq bu məsələlərdə azərbaycanlı həmkarlarımıza hər zaman dəstək verməyə hazırıq”.