- Türkiyə
- 27 Fevral 08:32
- 3 473
İstanbulda daha bir bələdiyyə sədri həbs olundu

Türkiyənin İstanbul şəhərində Beykoz bələdiyyə başçısı Alaattin Köseler saxlanılıb.
AzNews.az xəbər verir ki, Köseler "tenderi saxtalaşdırmaq" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamları ilə dindirilmək üçün Polis İdarəsinə aparılıb.
Türkiyə mediası xəbər verir verir ki, aralarında Beykoz bələdiyyə başçısı Alaattin Köseler də daxil olmaqla 4 şübhəli barəsində "tenderi saxtalaşdırmaq" ittihamı ilə həbs qərarı çıxarılıb.
Prokurorluğun təlimatına uyğun olaraq Köseler İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməliyyat qrupları tərəfindən saxlanılıb.
AzNews.az