- Türkiyə
- 3 Mart 22:34
- 1 033
Ərdoğan: Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq

Cənubi Qafqazda sabitlik üçün səylərimizi davam etdiririk.
Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasını davam etdirir: “Eyni zamanda Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq”.