- Türkiyə
- 20:36
- 926
Türkiyədə İrana casusluq etməkdə şübhəli bilinən 5 nəfər həbs edilib

İstanbul Respublika Baş Prokurorluğunun başlatdığı istintaq və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyasında aparılan araşdırmalarda, 5 şübhəlinin “hərbi və siyasi casusluq” cinayətini törətdiyi müəyyən edilib.
İran İnqilab Keşikçiləri Ordusu kəşfiyyatçıları ilə əlaqə saxladıqları təsbit edilən şübhəlilərin Türkiyədəki hərbi bazalar və mühüm bölgələr və xaricdəki kritik nöqtələr haqqında məlumat əldə edərək İran kəşfiyyatına ötürdükləri müəyyən edilib.
Şübhəlilərin tutulması üçün həbs qətimkan tədbiri seçildikdən sonra İstanbulda yerləşən Antalya və Mersində keçirilən əməliyyatlarda 5 şübhəli saxlanılıb.
Mövsüm
Aznews.az