Əkrəm İmamoğlu prokuror qarşısına çıxarılır

İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu İstanbulda yerləşən Çağlayan Ədliyyə Sarayına gətirilib.

AzNews.az bu barədə Türkiyə mediasına xəbər verir.

İstanbul şəhər Prokurorluğu tərəfindən saxlanılan şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər 90 şübhəlinin də dindirildiyi Çağlayandakı Ədliyyə sarayı qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.

Çağlayan meydanı və Hürriyyət abidəsi ətrafındakı bəzi məntəqələr maneələrlə bağlanıb. Məhkəmə binasına avtomobillərin giriş-çıxışları bağlanıb.

Qeyd edək ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.

AzNews.az