Prokurorluq Əkrəm İmamoğlunun həbsinə qərar verdi - SON ANDA

Türkiyədə 4 gün əvvəl saxlanılan CXP-nin prezidentliyə mümkün namizədi, Türkiyə Bələdiyyələr Birliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə bağlı aparılan hər iki istintaq çərçivəsində prokurorluq həbs qətimkan tələbi seçib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokurorluq bu vəsatətlə cinayət işini məhkəməyə göndərib.

Əkrəm İmamoğlunun yaxın saatlarda məhkəməyə çıxarılacağı gözlənilir.

AzNews.az