- Türkiyə
- 24 Mart 16:27
- 4 763
Ankara bələdiyyəsində istintaq başladı. Hədəfdə Mansur Yavaşdır?

Ankara Valiliyi şəhər bələdiyyəsinin 2021-2024-cü illər arasında təşkil etdiyi və müfəttişlər tərəfindən yoxlanılan 130 konsertdən 33-ü ilə bağlı araşdırma aparılmasına qərar verib .
Ankara Bələdiyyəsinin yaydığı yazılı açıqlamada təşkil olunan müxtəlif mədəniyyət və incəsənət tədbirlərinin müfəttişlər tərəfindən araşdırıldığı xatırladılıb.
Bildirilib ki, 130 konserti əhatə edən satınalmalarla bağlı araşdırmalar yekunlaşıb:
"Sözügedən araşdırmalar nəticəsində 97 konsertlə bağlı hər hansı qanun pozuntusu aşkar edilməyib və bu hadisələrlə bağlı araşdırmaya icazə verilməyib. Bununla belə, ictimai maraqlara zərər vurulmaq ehtimalı əsas götürülərək istintaq başlaması barədə qərar verilib".
Xatırladaq ki, Ankara Bələdiyyəsinin sədri CXP-nin prezidentliyə mümkün namizədlərindən sayılan Mansur Yavaşdır.
AzNews.az