- Türkiyə
- 24 Mart 19:59
- 3 771
Trampdan xəbərləri Türkiyəyə İrfan Sapmaz çatdıracaq

Türkiyənin tanınmış jurnalisti, vaxtilə Azərbaycanda nəşr olunan "Avrasiya" qəzetinin qurucusu və baş redaktoru olmuş İrfan Sapmaz öz fəaliyyətini bundan sonra qardaş ölkənin "Ahaber" media quruluşunda davam etdirəcək.
AzNews.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkə hesabında yazıb:
"Bundan sonra jurnalistika fəaliyyətimə Vaşinqtonda Ağ Ev, Pentaqon, Konqres və Dövlət Departamenti üzrə "Ahaber"in əməkdaşı kimi davam edəcəyəm. 24 saatlıq canlı yayımlar vasitəsilə aktual hadisələri çatdırmağa davam edəcəyəm".
Xatırladaq ki, Ahaber Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın media quruluşlarından sayılır.
AzNews.az