BTC ilə neft ixracı fevralda 3 % artıb

Bu ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə 33,618 milyon barel neft nəql edilib.

“Report” Türkiyənin “Botaş International Limited” şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % azdır.

Bununla belə, ötən ay BTC ilə neft ixracı 17,571 milyon barel təşkil edib ki, bu da ötən ilin fevral göstəricisindən 3,1 % çoxdur.

Hazırda BTC ilə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan neft və “Şahdəniz” yatağından kondensat, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nefti və kondensatı nəql edilir. Bundan əlavə, Qazaxıstan da daxil olmaqla digər mənbələrdən də nəql həyata keçirilir.

2024-cü ildə boru kəməri ilə 224,142 milyon barel neft nəql edilib. Bu da 2023-cü illə müqayisədə 2 % azdır.