Mansur Yavaşın açıqlaması Türkiyə siyasətini silkələdi: "Birdəfəlik gedirəm"

Türkiyədə Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mənsur Yavaş ikinci səlahiyyət müddətinin başa çatdıqdan sonra yenidən eyni posta namizəd olmayacağını açıqlayıb.

AzNews. az xəbər verir ki, “bu, mənim son müddətimdir” deyən Yavaş xalqa xidmətin onun üçün prioritet olduğunu vurğulayıb. “Vəzifə müddətimiz bitəndə yenidən bura gələrək vidalaşacağıq” deyən bələdiyyə sədrinin bu açıqlaması həm siyasi gündəmdə, həm də sosial mediada böyük əks-səda doğurub.

Yavaşın Ankara Böyükşəhər Bələdiyyə Başçılığı vəzifəsini tərk edəcəyini və bu posta bir daha namizəd olmayacağını açıqlaması həm Ankara siyasətində, həm də ölkə miqyasında siyasi dəngələri yenidən şəkilləndirə bilər.

AzNews.az