Türkiyədə saxlanılan etirazçıların sayı 1,4 mini keçib

Türkiyə polisi 2025-ci il martın 19-dan İstanbul meri Əkrəm İmamoğlunun həbsindən sonra başlayan etirazlarla bağlı 1418 nəfəri saxlayıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Yerlikaya X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb: “Milli-mənəvi dəyərlərimizə, eləcə də polislərimizə zərbə vurmağa çalışanlara heç bir güzəşt edilməyəcək".

O, qanunsuz nümayişlər zamanı 1418 şübhəlinin saxlanıldığını, 979 şübhəlinin hələ də həbsdə olduğunu, 478 nəfərin həmin gün məhkəməyə çıxarılacağını bildirib.

Mövsüm

Aznews.az