Ərdoğan müxalifəti Türkiyədəki etirazlara görə məsuliyyətdə günahlandırıb

Türkiyənin iqtisadiyyatını məhv edən, təxribat törədən müxalifətçilər cavab verəcəklər.

Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının fraksiyasının iclasında çıxışı zamanı bildirib.

"İqtisadiyyatı təxribata görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb edəcəyik. Qardaşlığa hücum cəzasız qalmır. Bizi qanunsuz yolla məğlub etməyə çalışanları, ölkəni və milləti yandırıb-yaxanları heç vaxt unutmamışıq və unutmayacağıq", - Odatv telekanalı onun sözlərini sitat gətirir.

Ərdoğan İstanbul meri Əkrəm İmamoğlunun həbsindən sonra baş verən kütləvi etirazları belə şərh edib. Ərdoğan çıxışı zamanı həmçinin siyasi mübarizənin tərəfdarı olan Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) müraciət edib.

Mövsüm

Aznews.az