- Türkiyə
- 27 Mart 10:32
- 3 159
Hakan Fidan Amerika Koalisiyasının nümayəndələri ilə Suriyadakı vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfəri zamanı ölkənin Vaşinqtondakı Türkiyə səfirliyində Suriya üzrə Amerika Koalisiyasının nümayəndələrini qəbul edib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Xatırladaq ki, Hakan Fidan ABŞ səfəri çərçivəsində ötən gün bu ölkənin dövlət katibi Marko Rubio arasında görüş keçirilib və tərəflər Cənubi Qafqaz, Suriya, Qəzza və Rusiya-Ukrayna müharibəsi ətrafında müzakirələr aparıblar.