Türkiyədə dağ-xizək kurort otelində baş verən yanğında ölənlərin sayı ikiyə çatıb

Türkiyənin Uludağ dağ-xizək kurortunda yerləşən Kervansaray otelində baş verən yanğında iki işçi həlak olub .

Yanğının naməlum səbəbdən gecə saatlarında başladığı qeyd edilir. Eyni zamanda, otel qonaqlar üçün bağlanıb, çünki hələ yanvar ayında səlahiyyətlilər bir sıra qanun pozuntuları aşkarlayıb və yeni lisenziya verməkdən imtina ediblər.

“Məlum olub ki, yanğın zamanı binada mehmanxanada və aşağıda yerləşən xizək kurortunda işləyən 12 nəfər olub, xizək üzrə təlimatçı, onun həyat yoldaşı və oğlu tüstüdən xəsarət alıblar”, – nəşr yazır.

Mövsüm

Aznews.az