- Türkiyə
- 4 Aprel 14:39
- 2 634
Türkiyədə 650-yə yaxın insan şaurmadan zəhərlənib

Türkiyənin Kocaeli vilayətinin 650-yə yaxın sakini Kerfez rayonundakı kafedə toyuq şaurmasından yedikdən sonra qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə əyalət administrasiyasının saytında məlumat verilib.
Xəstələrin ürəkbulanma, qusma və hərarətin yüksəldiyi bildirilir. 648 xəstənin demək olar ki, hamısı ambulator müalicəyə göndərilib, ikisi isə xəstəxanalarda qalıb.
Kütləvi zəhərlənmə ilə bağlı Qida və Dərman İdarəsi kafeyə baxış keçirib. Ekspertiza başa çatdıqdan sonra yeməyin hazırlanmasında istifadə edilən toyuqun Türkiyə Qida Məcəlləsinin tələblərinə uyğun olmadığı müəyyən edilib.
Mövsüm
Aznews.az