- Türkiyə
- 6 Aprel 10:06
- 1 723
Türkiyədə atışma olub

Türkiyənin şimal-qərbində silahlı insidentdə azı beş nəfər ölüb, bir o qədər də yaralanıb.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
“Sakaryanın Serdivan rayonunda qonşu iki ailə arasında mübahisə yaranıb. Mübahisənin böyüməsi nəticəsində hər iki tərəf bir-birinə tapança ilə atəş açıb. Silahlı dava zamanı beş nəfər ölüb, beş nəfər yaralanıb”, – məlumatda bildirilib. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Faktla bağlı dörd nəfər saxlanılıb. Dörd tapança maddi sübut kimi götürülüb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.