- Türkiyə
- 6 Aprel 22:26
- 4 607
Ərdoğan millətimizin dəstəyi ilə illərdir Türkiyəyə xidmət edib - Hakan Fidan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan millətin dəstəyi ilə illərdir ölkəsinə xidmət edib.
Aznews.az xəbər verir ki, bu barədə özünün "X" səhifəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan yazıb.
"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan millətimizdən aldığı dəstəklə illərdir Türkiyəyə xidmət edib, hər cür qəyyumluğa qarşı mübarizə aparıb. Biz millətimizdən başqa heç kimdən əmr almamışıq, xalqımızdan başqa heç kimdən icazə istəməmişik. Türkiyəni hədəf alan hər cür güc və qəyyumluq mərkəzlərinə qarşı mübarizə apardıq", - o bildirib.
Onun sözlərinə görə, xalqın iradəsinə zidd çevrilişlərin kölgəsində illərdir siyasət yürüdən ənənəni təmsil edən Özgür Özəldir.
"Qutudan kənarda legitimlik axtaran, küçələrdə siyasət dizayn etməyə çalışan Özgür Özəldir. Həftələrlə xarici güclərdən köməyə ümid edən, “Biz özümüzü tərk edilmiş hiss edirik” deyərək xarici paytaxtlardan dəstək diləyən Özgür Özəldir. Korrupsiya davasından qəhrəmanlıq hekayəsi yaratmağa çalışan Özgür Özəldir. Şəxsi ambisiyaları sui-qəsd nəzəriyyələri ilə qarışdıran və siyasət pərdəsi altında təqdim edən bu zehniyyəti rədd edirik! Biz millətimizə xidmət etmək üçün əzmlə çalışmağa davam edəcəyik", - o bildirib.