- Türkiyə
- 7 Aprel 18:29
- 823
İmamoğlunun vəkilləri apellyasiya şikayəti verib

Həbsdə olan İstanbul bələdiyyə sədri vəzifəsindən müvəqqəti kənarlaşdırılan Əkrəm İmamoğlunun vəkilləri onun həbsindən apellyasiya şikayəti verib.
Bu barədə "Korkusuz" qəzeti məlumat verib.
Müraciətdə deyilir: “On milyonlarla insanımızın bildiyi və cavab verdiyi konkret faktlarla sübuta yetirilən, qanunla qadağan olunmuş prosedurlarla aparılmış araşdırma nəticəsində qəbul edilmiş qərar qanunsuz olduğundan, İmamoğlunun həbsinin götürülməsini xahiş edirik”.
Apellyasiya şikayəti çərçivəsində vəkillər həmçinin İstanbul bələdiyyə sədrinin vəzifəsindən azad edilməsini və ya işin apellyasiya şikayətinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini istəyiblər.
Mövsüm
Aznews.az