- Türkiyə
- 11 Aprel 20:57
- 2 200
Ərdoğan Ukraynadakı münaqişənin həllini Türkiyə üçün prioritet adlandırıb

Ukraynadakı münaqişənin ədalətli və davamlı sülh sazişi ilə tezliklə həlli Türkiyə üçün prioritet məsələdir.
Bunu aprelin Antalya Diplomatik Forumunda çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Qonşularımızla yaxşı münasibətlər qurmaq, əməkdaşlıq və ticarət imkanlarını genişləndirmək və münaqişə tərəfləri arasında dialoq körpüləri qurmaqla ölkəmiz ətrafında sülh və təhlükəsizlik kəməri yaratmağı hədəfləyirik", - deyə, Ərdoğan qeyd edib.
Ərdoğan həmçinin ümid etdiyini bildirib ki, Türkiyə Ukrayna münaqişəsinin ilk günündən bəri saxladığı balanslı və eyni zamanda aktiv mövqeyini qoruyub saxlaya biləcək.
Mövsüm
Aznews.az