Türkiyədə zəlzələ olub

Türkiyədə 4,7 maqnitudalı zəlzələ olub.

Aznews.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların Samsun şəhərindən 50 km cənubda qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.