Hulusi Akar Bakıda TÜRKPA-nın komitə iclasında iştirak edəcək

Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri, keçmiş müdafiə naziri Hulusi Akar Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) komitə iclasına qatılacaq.

Hulusi Akar aprelin 15-də keçiriləcək quruma üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin iclasında iştirak edəcək.