- Türkiyə
- 17 Aprel 20:47
- 3 317
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 46%-ə qaldırdı

Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 42,5%-dən 46%-ə qaldırmaq qərarına gəlib.
Bu barədə Bankın mətbuat xidməti öz saytında məlumat yayıb.
“Pul siyasətinin sərtləşdirilməsinə (MP) qətiyyətli yanaşma daxili tələbin azalması, türk lirəsinin real bahalaşması və inflyasiya gözləntilərinin yaxşılaşması səbəbindən inflyasiyanın azaldılması prosesini gücləndirir”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, bank overnayt kreditləri üzrə dərəcəsini 46%-dən 49%-ə, depozitlər üzrə overnayt dərəcəsini isə 41%-dən 44,5%-ə qaldırıb.
Mövsüm
Aznews.az