- Türkiyə
- 23 Aprel 19:40
- 1 090
İstanbulda 3 saatda 47 zəlzələ baş verib

İstanbulda 3 saat ərzində 47 zəlzələ baş verib ki, bunların da ən böyüyü 6,2 bal gücündə olub.
AA müxbirinin Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) internet saytından topladığı məlumata görə, saat 12.13-də baş verən 3,9 bal gücündə zəlzələdən sonra 3 saatlıq müddətdə daha 46 təkan baş verib.
Zəlzələlərin ən kiçiyi İstanbulun Silivri və Büyükçekmece rayonları sahillərində 1,6 bal gücündə, ən böyüyü isə 6,2 bal gücündə Silivri sahillərində baş verib.
Zəlzələlərin dərinliyi təqribən 6 ilə 15 kilometr arasında dəyişib.
Mövsüm
Aznews.az