- Türkiyə
- 23 Aprel 21:32
- 936
İstanbulda baş verən zəlzələ nəticəsində 240-a yaxın insan xəsarət alıb

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu aprelin 23-də İstanbulda baş verən zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşının xəsarət aldığını bildirib.
Nazirin qeyd edib ki, xəsarətlərin əksəriyyəti hündürlükdən yıxılma ilə bağlı olub, belə ki, bir çox sakinlər təşviş içində özünü xilas etməyə çalışıb.
"Zəlzələ nəticəsində hər hansı binanın çökməsi nəticəsində tələfat olmayıb. Söhbət yalnız yeraltı təkanlardan sonra panikaya düşən və hündürlükdən yıxılan və ya panik atak keçirənlərdən gedir, ümumilikdə bu, 236 nəfərdir, onların vəziyyəti normaldır", - Memişoğlu brifinqdə deyib.
Mövsüm
Aznews.az