Tramp Ukrayna ilə əməkdaşlığa hazır olduqlarını deyib Tramp Ukrayna ilə əməkdaşlığa hazır olduqlarını deyib
  • Qərb
  • 26 Sentyabr 2019 09:27
  •  5 784

Avropanın ən varlı dövləti olmalıyıq

Tramp Ukrayna ilə əməkdaşlığa hazır olduqlarını deyib

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşü olub.

Görüşdə V.Zelenski ABŞ-ın və Avropa İttifaqının köməyi ilə Ukrayna ərazisində müharibənin dayandırılmasını vurğulayıb. O qeyd edib ki, Ukrayna Avropanın ən böyük ölkəsidir və ən varlı dövləti olmasını da istəyir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə əməkdaşlığa hazır olduqlarını qeyd edərək bildirib: “ABŞ Ukraynaya hərbi dəstəyini davam etdirəcək. Biz Ukraynaya yardım edirik. Ancaq istəyirik ki, digər dövlətlər də yardım etsinlər”.

ABŞ Prezidenti əmin olduğunu bildirib ki, ukraynalı həmkarı problemin həlli məsələsində Rusiya ilə razılığa gələ biləcək.

AzNews.az