Xəbərdarlıq məktubu göndərən şəxs Mərkəzi Kəşfiyyat İdarəsinin cəsusu olub Xəbərdarlıq məktubu göndərən şəxs Mərkəzi Kəşfiyyat İdarəsinin cəsusu olub
  • Qərb
  • 27 Sentyabr 2019 09:49
  •  6 750

Trampa şok: Bomba iddia - Mərkəzi Kəşfiyyat İdarəsi yaxaladı

Xəbərdarlıq məktubu göndərən şəxs Mərkəzi Kəşfiyyat İdarəsinin cəsusu olub

ABŞ prezidenti Donald Trampın Ukrayna lideri ilə telefon danışığı barədə xəbərdarlıq məktubu göndərən şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) cəsusu olduğu iddia edilir.

AzNews.az xəbər verir ki, "The New York Times"ın cəsusun kimliyini bilən üç nəfərə istinadən verdiyi məlumata görə, Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasındakı telefon danışığı barədə xəbərdarlıq edən şəxs kişidir və bir müddət Ağ Evdə işləmək üçün göndərilib.

Onun işini bitirdikdən sonra MKİ-ya qayıtdığı deyilir.

Vəkil Endryu Bakaj müvəkkili olan cəsusun MKİ üçün işlədiyini təsdiqləməyib və onun adını gizli saxlamaq haqqı olduğunu bildirib.

Milli Kəşfiyyat İdarəsinin rəhbərinin vəkili Cozef Maquayr isə Kəşfiyyat Komissiyasında verdiyi izahatda cəsusun kimliyi haqqında məlumata sahib olmadığını bildirib.

Maquayr onlar üçün vacib olanın cəsusun qorunması olduğunu vurğulayıb. O, prezidentin vəzifəsindən sui-istifadə etdiyini bildirmək cəsarəti göstərənlərin qorunmalı olduğunu qeyd edib.

Xatırladaq ki, ABŞ-ın Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Trampla Zelenski arasındakı telefon danışığı ilə bağlı xəbərdarlıq məktubunu ictimaiyyətə açıqlamışdı.

Məktubda Trampın sözügedən danışıqda 2020-ci ildə keçiriləcək prezident seçkilərindən əvvəl siyasi rəqibinə qarşı xarici dövlət prezidentindən müdaxilə tələb etdiyi iddia edilmişdi.

Məktubda həmçinin Trampın siyasi rəqiblərindən birinin istintaqa cəlb edilməsi üçün xarici ölkəyə təzyiq göstərdiyi, bunun isə konstitusiyaya zidd olduğu deyilir.

“Rəsmi xidmətdə olduğum dövr ərzində ABŞ prezidentinin 2020-ci ildə keçiriləcək seçkidə xarici ölkədən müdaxilə tələb etmək məqsədi ilə vəzifəsinin gücündən istifadə etdiyi ilə bağlı bir neçə səlahiyyətlidən məlumat aldım”.

Hadisələrə birbaşa şahid olmadığını ancaq səlahiyyətlilərdən aldığı məlumatların inandırıcı olduğunu qeyd edən cəsus Trampın şəxsi və siyasi maraqları üçün vəzifəsindən sui-istifadə etdiyini, bunun da milli təhlükəsizliyi təhlükəyə atdığını iddia etmişdi.

Pərvanə

AzNews.az