Bunu Baş nazir deyib Bunu Baş nazir deyib
  • Qərb
  • 5 Fevral 2020 10:33
  •  12 588

15 ildən sonra bu avtomobillər olmayacaq

Bunu Baş nazir deyib

Böyük Britaniya hökuməti 2035-ci ildə benzin və dizellə işləyən avtomobillərin satışını dayandıracaq.

AzNews.az “Posta”ya istinadən xəbər verir ki, bunu Baş nazir Boris Conson London Elm Muzeyində təşkil olunan tədbirdə deyib.

"İngiltərə olaraq CO2 (Karbon qazı) emissiyalarını azaltmalı və mümkün olan ən qısa müddətdə sıfıra endirməliyik”, - deyə Baş nazir bildirib.

Qeyd edək ki, Fransa 2040-cı ilə qədər mineral yanacaqlarla işləyən avtomobillərin satışını qadağan etməyə hazırlaşır. Norveç parlamenti isə 2025-ci ilə qədər elektriklə işləyən avtomobillərdən istifadəyə keçməyi planlaşdırır.

Pərvanə