- Qərb
- 30 İyun 2020 22:10
- 9 082
Avropa İttifaqının sərhədlərini açdığı ölkələr açıqlandı
İyulun 1-dən vətəndaşları üçün sərhədlərini açacağı ölkələrin siyahısını razılaşdırıb
Avropa İttifaqı (Aİ) Şurası iyul ayının 1-dən vətəndaşları üçün sərhədlərini açacağı ölkələrin siyahısını razılaşdırıb.
AzNews.az xəbər verir ki, həmin ölkələr Avstraliya, Cənubi Koreya, Əlcəzair, Gürcüstan, Kanada, Mərakeş, Monteneqro, Ruanda, Serbiya, Tailand, Tunis, Uruqvay, Yaponiya, Yeni Zelandiya, habelə sərhədləri qarşılıqlı açacağını təsdiqləyəcəyi təqdirdə Çindir.