“Buna səbəb əsir götürülən mülki şəxslərin və əsgərlərin öldürülməsi olacaq" “Buna səbəb əsir götürülən mülki şəxslərin və əsgərlərin öldürülməsi olacaq"
  • Qərb
  • 6 May 2022 18:27
  •  6 714

"Rusiya ilə danışıqları tamamilə dayandıra bilərik" - Zelenski

“Buna səbəb əsir götürülən mülki şəxslərin və əsgərlərin öldürülməsi olacaq"

Ukrayna Rusiya ilə danışıqları tamamilə dayandıra bilər.

Aznews.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində deyib.

“Buna səbəb əsir götürülən mülki şəxslərin və əsgərlərin öldürülməsi olacaq. Əgər Rusiya onları öldürməyə davam edəcəksə, Moskva ilə diplomatik danışıqları davam etdirə bilmərik”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Ukrayna lideri daha əvvəl də bu barədə danışmışdı. O buna səbəb kimi Mariupolun müdafiəçilərinin məhv edilməsini göstərmişdi.