- Qərb
- 19 Sentyabr 2023 16:37
- 3 001
Aİ ukraynalıların müvəqqəti müdafiəsini genişləndirir
Avropa İttifaqı (Aİ) müharibədən qaçan ukraynalıların müvəqqəti müdafiəsini nəzərdə tutan Aİ-nin Müvəqqəti Müdafiə Direktivinin qüvvədə olma müddətini bir il uzadacaq.
Aznews.az xəbər verir ki, Aİ Komissiyasından verilən yazılı açıqlamada, Komissiyanın Aİ Şurasına ukraynalılar üçün müvəqqəti müdafiənin 4 mart 2024-cü ildən 3 mart 2025-ci ilə qədər uzadılmasını təklif etdiyi bildirilib.
Komissiyanın təklifi Aİ Şurası tərəfindən təsdiqlənməlidir.
Aİ daxilində Müvəqqəti Mühafizə Direktivindən faydalanan təxminən 4 milyon ukraynalı var.
Bu çərçivədə ukraynalılar yaşamaq icazəsi ala, təhsil və səhiyyə xidmətlərindən yararlana, AB ölkələrində iş tapıb işləyə bilərlər.
Ukraynalılara sosial rifah, mənzil və dolanışıq yardımı kimi imkanlar da verilir.
Mövsüm