• Qərb
  • 22 May 2024 13:23
  •  3 638

İsveç 2026-cı ilə qədər Ukraynaya dəstək üçün 3 milyard dollar ayırıb

İsveç hökuməti 2024-2026-cı illər üçün Ukraynaya dəstək üçün 75 milyard kron (3,3 milyard dollar) ayırıb.

Müvafiq press-reliz İsveç Maliyyə Nazirliyi tərəfindən dərc olunub.

“İsveç dəstəyi artıracaq və onun həcmi 2024-2026-cı illər üçün hərbi dəstək şəklində 75 milyard İsveç kronu (3,3 milyard dollar - red.), ildə 25 milyard (1,1 milyard dollar - red.) İsveç kronu olacaq. Bu təklif sayəsində Ukraynaya İsveçin ümumi hərbi və mülki dəstəyi 100 milyard İsveç kronundan (4,4 milyard dollar - red.) çox olacaq”, - məlumatda deyilir .

Qeyd edilir ki, İsveç 2026-cı ildən sonra da öz maliyyəsini Ukraynaya xərcləyəcək, “əgər söhbət əvəzedici satınalmaların tədarükündən gedirsə”.

Mövsüm

Aznews.az