- Qərb
- 27 May 2024 19:02
- 3 620
Fransa prezidenti təcili atəşkəsə çağırıb
Fransa prezidenti Emmanuel Makron İsrailin Rafahdakı köçkün fələstinlilərin düşərgəsini bombalamasından sonra dərhal atəşkəsə çağırıb və İsrailin Rəfaha hücumlarının dayandırılması lazım olduğunu vurğulayıb.
Makron X sosial media platformasındakı paylaşımında, İsrailin Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Rəfahdakı düşərgəsini bombalamasından "qəzəbləndiyini" bildirib.
Sözügedən hücumların dayandırılması lazım olduğunu vurğulayan Makron, Fələstinli mülki vətəndaşlar üçün Rafahda təhlükəsiz zonanın olmadığına işarə edərək, beynəlxalq hüquqa hörmətlə yanaşmağa və dərhal atəşkəsə çağırıb.
Mövsüm
Aznews.az