• Qərb
  • 28 İyun 10:25
  •  1 758

Meloni yeni təyin olunmuş Aİ liderlərini dəstəkləmir

İyunun 6-9-da keçirilən Avropa Parlamenti seçkilərindən sonra münasibəti maraq doğuran liderlər arasında İtaliyanın baş naziri Giorgia Meloni də var.

Liderlər Zirvəsinin ən maraqlı adlarından biri olan Meloni, gecə gec saatlarda keçirilən iclasdan sonra buradakı münasibəti ilə bağlı X hesabında paylaşım edib.

Meloni liderləri dəstəkləməyib

Portuqaliyanın keçmiş baş naziri Antonio Kostanın Aİ Şurasının sədri seçildiyi, AB Komissiyasının sədri Ursula fon der Leyenin yeni müddətdə öz vəzifəsini davam etdirməsi və Estoniyanın baş naziri Kajanın təklif edildiyi sessiya ilə bağlı Kallasın Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsinə təyin ediləcəyini bildirən Meloni, "(Avropa) Xalq Partiyası, Sosialistlər və Liberalların Avropanın zirvəsindəki yeni adlar üçün hazırladığı təklif, metod və tərkib baxımından yanlışdır. Vətəndaşlara olan hörmətdən və seçkilərdə bu vətəndaşlardan gələn rəğbətə görə, bu təklifi dəstəkləməməyə qərar verdim. Nəhayət İtaliyanın Avropada layiq olduğu çəkiyə sahib olması üçün çalışmağa davam edirik.",- deyə qeyd edib.

“İtaliyanı gözardı etmək olmaz”

Meloni iyunun 26-da Brüsseldə keçiriləcək AB Liderlər Zirvəsinə gəlməzdən əvvəl İtaliya parlamentindəki çıxışında Birliyi 5 il idarə edəcək adların müəyyənləşdirilməsini və digər Aİ liderlərini təklif etdikləri adlara görə sərt şəkildə tənqid edib.

Mövsüm

Aznews.az