• Qərb
  • 28 İyun 10:39
  •  2 937

Co Bayden və Donald Tramp seçki debatında üz-üzə gəlib

ABŞ-da noyabrın 5-də keçiriləcək seçkilər öncəsi Demokratlar Partiyasının namizədi, hazırkı prezident Co Bayden və Respublikaçılar Partiyasının namizədi Donald Tramp canlı yayımda görüşüblər.

Tarixi müzakirə 1,5 saat davam edib

Atlantada CNN-in ev sahibliyi etdiyi və təxminən 1,5 saat davam edən müzakirə proqramı Cek Tapper və Dana Baş tərəfindən idarə olunub.

Tamaşaçısız yayımlanan yayımda namizədlər seçki öncəsi sonuncu dəfə üz-üzə mübahisə ediblər.

Debat qaydalarına görə, Bayden səhnədə ilk çıxış etmək hüququ qazanıb. Yekun çıxışı etmək hüququ Donald Trampa verilib.

İkisinin səhnəyə çıxıb kürsülərinə keçməzdən əvvəl əl sıxmaması diqqətdən yayınmayıb.

Amerika mediası Bayden və komandasının məqsədinin "sosial mediada yayılan qısa videolarda yaranan mənfi təəssüratları aradan qaldırmaq" olduğunu bildirib.

Son zamanlar Bayden psixi sağlamlığı ilə bağlı iddialara görə gündəmə gəlib.

Mövsüm

Aznews.az