• Qərb
  • 1 İyul 14:51
  •  1 843

Stoltenberq: Çin NATO-ya meydan oxuyub

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Çin alyansa meydan oxuyur.

"Yomiuri"-yə müsahibəsində Yens Stoltenberq, “Çin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırır”,-deyə qeyd edib.

Stoltenberq qeyd edib ki, bu baxımdan Çinə təzyiqi artırmaq və Asiyada regionu sabitləşdirmək üçün Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Avstraliya ilə əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. Bundan əlavə, baş katib müsahibəsində əlavə edib ki, “NATO Şimali Amerika və Avropanın ittifaqı olaraq qalacaq”.

Mövsüm

Aznews.az