• Qərb
  • 1 İyul 19:10
  •  2 747

Polşa Ukraynadan gələn yük maşınlarının sürücülərinə giriş məhdudiyyəti tətbiq edib

Polşa rəhbərliyi beynəlxalq yük daşımalarına icazəsi olmayan ukraynalı yük avtomobillərinin sürücüləri üçün ölkəyə giriş və çıxışa məhdudiyyətlər tətbiq edib.

Bu barədə Ukrayna Dövlət Gömrük Xidmətinin Teleqram kanalında məlumat verilib.

Məhdudiyyətlərin iyulun 1-i saat 00:00-dan etibarən tətbiq olunduğu qeyd olunub. İcazə daşıyıcıya müəyyən müddət ərzində ECMT üzv ölkələri arasında öz fəaliyyətinisərbəst şəkildə həyata keçirməyə imkan verən Avropa Nəqliyyat Nazirləri Konfransının (ECMT) sənədlərinə aiddir.

“Sərhədin digər hissələrində nəzarət-buraxılış məntəqələri adi rejimdə işləyir”, - deyə departament əlavə edib.

Mövsüm

Aznews.az