• Qərb
  • 3 İyul 16:50
  •  1 921

Portuqaliya sahillərində balıqçı gəmisi batıb: 3 nəfər ölüb, 7 nəfər itkin düşüb

Portuqaliyanın paytaxtı Lissabonun şimalında, "Marinha Grande" sahillərində balıqçı gəmisinin batması nəticəsində 3 nəfərin öldüyü, 7 nəfərin itkin düşdüyü bildirilib.

Portuqaliya Milli Dəniz Qurumunun rəsmilərinin Portuqaliya xəbər agentliyi Lusaya verdiyi məlumata görə, Virgen Dolorosa balıqçı gəmisi yerli vaxtla saat 04.30 radələrində Marinha Grande sahillərindən təxminən 1 mil aralıda batıb.

Qayıqda 17 nəfərdən ibarət ekipaj var idi; Vertolyot və pilotsuz təyyarələrlə havadan, qayıqlarla dənizdən axtarış-xilasetmə işlərinin davam etdiyi, 3 cəsədin çıxarıldığı, 7 nəfərin xilas edildiyi, 7 nəfərin itkin düşdüyü bildirilib.

Mövsüm

Aznews.az