• Qərb
  • 5 İyul 14:25
  •  3 016

Rişi Sunak istefa vermək niyyətində olduğunu açıqlayıb

Böyük Britaniyanın baş naziri Rişi Sunak krallığın Mühafizəkarlar Partiyasının parlament seçkilərində məğlub olması fonunda istefa vermək niyyətində olduğunu açıqlayıb.

Bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

“Mən tezliklə Əlahəzrət Kralı görəcəyəm ki, baş naziri vəzifəsəmdən istefamı qəbul etsin. İlk öncə demək istərdim ki, üzr ​​istəyirəm. Mən bu işə hər şeyimi verdim, lakin siz açıq mesaj göndərdiniz ki, Böyük Britaniya hökuməti dəyişməlidir. Qəzəbinizi, məyusluğunuzu eşitdim. Və bu itkiyə görə məsuliyyəti öz üzərimə götürürəm”, - deyə o, xalqa müraciətində deyib.

Mövsüm

Aznews.az