• Qərb
  • 5 İyul 21:47
  •  2 596

ABŞ Gürcüstanla birgə hərbi təlimləri təxirə salıb

ABŞ Gürcüstanla birgə keçirilməli olan “Noble Partner” hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salıb.

Aznews.az xəbər verir ki, bu barədə məlumat Pentaqonun saytında yerləşdirilib.

Bu qərar rəsmi Tiflisin ABŞ-ni Rusiya ilə münasibətləri pozmaqda ittiham etməsi ilə əsaslandırılıb. Eyni zamanda bildirilib ki, təlimlərin təxirə düşməsi ikitərəfli münasibətlərə təsir etməyəcək.

Qeyd edək ki, "Noble Partner" hərbi manevrləri iyulun 25-dən avqustun 6-dək təşkil olunmalı idi.