• Qərb
  • 26 İyul 19:27
  •  4 139

Avropa İttifaqı 7 üzv ölkə üçün büdcə intizamı prosesini başlatdı

Avropa İttifaqı (Aİ) yüksək büdcə kəsirlərinə görə Fransa, İtaliya və Belçika da daxil olmaqla 7 üzv ölkəyə qarşı intizam prosesi başlatdı.

Aİ Şurası, maliyyə siyasətlərinin koordinasiyasını təmin etmək üçün nəzərdə tutulmuş qaydalar toplusu olan Sabitlik və Böyümə Paktı çərçivəsində həddindən artıq büdcə kəsiri olduğu müəyyən edilən 7 üzv ölkə üçün "həddindən artıq kəsir proseduru"na başlanıldığını açıqladı.

Açıqlamaya görə, Belçika, Fransa, İtaliya, Macarıstan, Malta, Polşa və Slovakiyada həddindən artıq büdcə kəsirlərinin mövcudluğunu müəyyən edən qərarlar Şura tərəfindən qəbul edilib.

Bəyanatda bütün üzv ölkələrin dövlət büdcələrində nizam-intizam tətbiq etməli və həddindən artıq kəsirdən qaçmalı olduğu, məqsədin dövlət borcunu aşağı səviyyədə saxlamaq və yüksək borcları davamlı səviyyələrə endirmək olduğu vurğulanıb.

Mövsüm

AzNews.az